Balakəndə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərdən tapança götürülüb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayonun Qullar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Asluddin Motuxovdan “PM” markalı tapança, həmin silaha məxsus sandıqça və patron, eləcə də narkotik vasitə olan marixuana aşkarlanıb. O, ifadəsində tapançanı təxminən 2 ay əvvəl balıq ovuna gedərkən çayın kənarından tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan digər şəxslər - Samiddin Quliyev, Fərid Layıcov və Habil Butdayev tutulub. pizza sifarişi
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız