Narkotik aparan gəmidə 2 Azərbaycan vətəndaşı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik aparan gəmidə 2 Azərbaycan vətəndaşı saxlanıldı

Kriminal

09 Oktyabr 2024 17:17 1224


2 Azərbaycan vətəndaşı İstanbuldan Sierra Leoneyə yola düşən və narkotik maddələr daşıyan gəmidə saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kanar adaları yaxınlığında Tanzaniya bayraqlı “RAS” adlı gəmidə İspaniya və Fransa təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatda təxminən 4 ton kokain ələ keçirilib. Əməliyyat zamanı 7-si Türkiyə, 2-si Azərbaycan, 1-i Hollandiya vətəndaşı olmaqla ümumilikdə 10 nəfər saxlanılıb. pizza mizza

Əlavə olunub ki, gəmi 28 iyulda İstanbuldan yola çıxıb. Əməliyyatın baş tutmayacağı halda gəminin Misirə gedəcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!