Narkotikin təsiri altında “BMW” sürən şəxs tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Narkotikin təsiri altında “BMW” sürən şəxs tutuldu 

Kriminal

30 Mart 2024 09:14 632


Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb. 

Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.  Dominos pizza

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!