Natiq Cəfərlinin Qərbdən məyusluğu: “Əgər kimsə sizə desə...“

saytların hazırlanması

Evə çatdırılma

Natiq Cəfərlinin Qərbdən məyusluğu: “Əgər kimsə sizə desə...“

Siyasət

30 Avqust 2021 14:08 1124


“Makron bəyan etdi ki, heç bir ölkəyə, topluma demokratiya kənardan gətirilə bilməz, bu mümkün deyil. Bundan öncə ABŞ Prezidenti Bayden də Əfqanıstan haqqında bənzər fikirlər söylədi, dedi ki, əfqan xalqı özü azadlıqları qorumursa, biz onların yerinə bunu edə bilmərik. Kollektiv Qərb bu fikrə çox gec gəldi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

“Məsələn, 1995-2001-ci ildə Əfqanıstanda “Taliban” hakimiyyətdə idi, 2001-də ABŞ müdaxilə etdi, 1 trilyon dollar xərclədi, minlərlə həlak olan, yaralanan əsgəri oldu, yüzminlərlə əfqan xalqı nümayəndəsi də həm müdaxiləyə, həm terror aktlarına, həm də daxili qruplaşmaların çəkişmələrinə görə həlak oldu, nəticədə 20 il sonra hakimiyyəti yenə “Taliban”a təhvil verib getməli oldular. pizza sifarişi

Bu bəyanatlar onu deməyə əsas verir ki, Yaxın Şərqdə, Asiya ölkələrində yeni dönəm başlayacaq, sabah Suriya prezidenti Əsədlə də əlaqələr düzələcək, onun legitimliyi tanınacaq, Şimali Afrika və Yaxın Şərqdə yeni “şahlıqlar”, “təkadam” rejimləri qurulub möhkəmlənəcək, sekulyar diktaturalar Qərbdən dəstək görəcək. İkinci Dünya müharibəsindən 2000-ci illərin “Ərəb Baharı"na qədər olan düzən yenidən bərpa olunacaq”,- deyə siyasətçi əlavə edib.

Natiq Cəfərli qeyd edib ki, Qərb eksperimentə gedib, amma bu eksperiment fiasko ilə nəticələnib:

“Məlum oldu ki, bir diktator Qəddafini yıxmaqla, bir sekulyar polkovniki devirməklə Liviyada 700 qəbilə başçısı, 700 özünü general və marşal elan edən diktator peyda oldu. Məlum oldu ki, bir özbaşına diktator Saddamı devirməklə əvəzində 10 diktatorciklər yarandı, təhsil səviyyəsi çox aşağı olan ölkələrdə “sekulyarizmi” ancaq diktaturalarla ayaqda saxlamağın mümkünlüyü bir daha üzə çıxdı. Bu, ağır dərddir, təəssüf ki, dünya köhnə-yeni yanaşmanı bərqərar edir”.

Ekspert hesab edir ki, demokratik keçid hər bir ölkənin daxili potensialına əsaslanmalı, xalqın istəyi və arzusunu özündə ehtiva etməlidir:

“Bir daha məlum oldu ki, xarici müdaxilələr və israrla demokratik dəyərlərin bərqərar olması mümkünsüzə yaxın məsələdir. İndi növbəti addım kimi Qərb Rusiya və Belarus kimi ölkələrə də münasibətini, yanaşmasını dəyişəcək, artıq sanksiyaların effektivliyi belə sual altına düşüb. Qərblə yaxınlaşmağa cəhdlər edən, Rusiyanın basqılarına son 10 ildə sinə gələn yerli diktator Lukaşenkonu dışladılar, əvəzində "Batka" daha çox Rusiyaya sığındı, daha çox Putinin qucağına oturdu, bu səhv yanaşma idi. Lukaşenko ilə işləməyi bacarmalı idilər ki, Belarus Rusiyanın orbitinə tam düşməsin. Son hadisələrlə Belarusu tam Moskva orbitinə saldı, tam asılı vəziyyətə gətirdi, Belarusun müstəqillik şansını minimuma endirdi.

Qərbin Ukrayna ilə bağlı atdığı son addımlar da, yumşaq desəm, suallar doğurur. Ukraynaya silah verməyən Qərb “Talibana” 80 mlrd. dollarlıq ən müasir silahlar “bağışladı”. “Şimal Axını-2” layihəsində öz maraqlarını üstün tutdu, Krımın işğalı, Donbasın faktiki ilhaqı ilə bağlı heç bir əməli addımlar atmadı, sanksiyalar nəinki effektiv deyil, hətta Rusiyanı gücləndirən, Putinin daxili auditoriyaya təsirlərini artıran amilə çevrildi.

Yeri gəlmişkən, mən bilmirəm Navalnını kim qaza gətirib seçkilərə 8 ay qalmış, qışın oğlan çağında Moskvaya gəlməsinə səbəb oldu, amma bunlar kimdirsə, məhz Putinin əlinə oynadılar, məhz Kremlə imkan verdilər ki, sentyabrın 17-də baş tutacaq Duma seçkilərinə qədər bütün sistemdənkənar müxalifəti neytrallaşdırsın. Əgər Navalnı, məsələn, iyun-iyul aylarında, Duma seçkilərinə 2-3 ay qalmış Moskvaya qayıtsaydı və həbs olunsaydı, o zaman seçki təbliğatı və dalğası nəticəsində Rusiyada daha güclü və təsirli aksiyalar olacaqdı. Hətta Kreml Navalnını seçkiyə 2-3 ay qalmış həbs etməyəcəkdi, indi isə adam türmədədi, onu qaza gətirənlər isə Navalnını xilas edə, türmədən çıxara bilmirlər.

Xülasa, sevgili millət-uca xalq, demokratiya, dəyişiklik, hüquqi dövlət uğrunda mübarizə bizim daxili gücümüz hesabına uğurla nəticələnə bilər. Kimsə sizə, “Qərb sanksiyalar qoyacaq”,“Qərb legitimliyi tanımayacaq” kimi mənasız, içiboş sözlər söyləyir və söyləyəcəksə, sadəcə onlara gülüb keçin, ancaq qeyri-ciddi, dünyadan bixəbər, savadsız insanlar belə danışa bilər.  Demokratiyaya daxili gücümüz, seçki prosesi, yarada biləcəyimiz daxili dalğalar hesabına, xalqın istəyi və iştirakı ilə nail ola biləcəyik. Bu yol çətin yoldur, amma gedəcəyik gündüz-gecə”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!