"Türkiyə NATO-dakı müttəfiqlərini Qara dənizdən uzaq saxlamağa çalışır, bölgədən kənar ölkələrin hərbi gəmiləri bu hövzədə yoxdur".
Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, bunu müdafiə naziri Hulusi Akar bildirib.
"NATO müttəfiqlərinin Qara dənizə girib-çıxması artan həssaslıq yaradacaq. Qara dənizdə sabitliyin qorunması ilə bağlı təkliflərimiz var. Çağırışımız belədir: həyəcanlanmayın, təlaşa düşməyin, qarşı tərəfdə panika ola bilər". Yanlış məlumat anlaşılmazlığa səbəb ola bilər... Təxribat kimi qəbul edilə biləcək anlaşılmazlıq və ya hərəkətlərə yol verməyək.Nə niyyət etsəniz, qarşı tərəf bunu təxribat olaraq görəcək”, - deyə Akar jurnalistlərə bildirib. pizza hut
Hazırda Qara dənizdə sahilyanı ölkə olmayan ölkələrin hərbi gəmilərinin olub-olmaması sualını cavablandıran Akar mənfi cavab verib.
Telegram kanalımız