NATO-nun xüsusi nümayəndəsi Qarabağdakı Rusiya sülhməramlıları haqda:   “Bildiyim qədər...”

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun xüsusi nümayəndəsi Qarabağdakı Rusiya sülhməramlıları haqda: “Bildiyim qədər...”

Siyasət

30 İyun 2021 20:38 1262


“Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib”.

Yenisabah.az xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.

O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlıq bildirib: “Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”. pizza mizza

NATO rəsmisi qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb. “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.

Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!