NATO-nun yeni strategiyasında Çin və Rusiya haqda nə deyilir?

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun yeni strategiyasında Çin və Rusiya haqda nə deyilir?

Dünya

28 İyun 2022 10:05 689


NATO-nun Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyada Çin “sistematik çağırış”, Rusiya isə “daimi təhdid” kimi göstəriləcək.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, blokun müttəfiqləri “Çini rəqib adlandıracaq qədər uzağa getməyəcəklər”, kibertəhlükəsizlik və dezinformasiya, o cümlədən mühüm infrastruktura nəzarət və fundamental qanunların tətbiqi kimi sahələrdə Çinlə bağlı məsələlərə istinad ediləcəyi gözlənilir.

Rusiyanın yeni konsepsiyada “birbaşa təhlükə” adlandırılacağı diqqət çəkir. Çinlə sıx iqtisadi və ticarət əlaqələri olan Almaniya da daxil olmaqla, bir neçə Avropa müttəfiqi sənəddə mötədil mövqe tutmağa çalışarkən, ABŞ Pekinə qarşı sərt mövqe nümayiş etdirir. Sezar pizza

Mətn üzrə danışıqlar davam edir və onu liderlər imzalamadan əvvəl dəyişdirmək olar.

Sammit iyunun 28-30-da Madriddə keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!