NATO sammiti Türkiyəyə minnətdarlıqla başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

NATO sammiti Türkiyəyə minnətdarlıqla başa çatdı

Siyasət

14 İyun 2021 21:24 1183


Brüsseldə keçirilən NATO sammiti başa çatıb.

Yenisabah.az xəbər verir ki, sammitin sonunda yekun bəyannamə qəbul olunub.

Sənəddə bir sıra vacib bəyanatlar öz əksini tapıb. Sezar pizza

Bununla yanaşı, təşkilata üzv ölkələr öz hərbi xərclərini artırmaq barədə öhdəlik götürüblər.

Həmçinin, bəyanatda Rusiyanın aqressiv və məsuliyyətsiz davranışlarının bundan sonra da davam etdirəcəyi ehtimalı irəli sürülüb. Buna baxmayaraq, təşkilatın raket əleyhinə müdafiə sistemlərinin Rusiyaya qarşı istiqamətləndirilmədiyi diqqətə çatdırılıb.

“Anadolu” agentliyinin məlumatına görə, bəyanatda Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı NATO-nun ayıq olmağa davam etdiyi bildirilib. Eləcə də, milyonlarla Suriyalıya ev sahibliyi etdiyinə görə Türkiyəyə minnətdarlıq ifadə olunub.

NATO əfqan ordusuna təlim keçməyə hazır olduğunu bir daha təsdiq edib.

Sammitdə təşkilat ölkələri liderlərinin növbəti toplantısının 2022-ci ildə İspaniyada keçirləcəyi barədə yekun qərar qəbul edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!