NATO Ukraynaya qoşun göndərməyəcək

saytların hazırlanması

Evə çatdırılma

NATO Ukraynaya qoşun göndərməyəcək

Dünya

27 Fevral 2024 15:00 618


NATO-nun Ukraynaya döyüş qüvvələri göndərmək planı yoxdur.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

O bildirib: "NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra gücləndirmişik. Lakin Ukraynada NATO-nun döyüş qoşunlarının yerləşdirilməsi planı yoxdur". Marqarita pizza

Fevralın 26-da Parisdə Ukraynanın müttəfiqləri olan 20 ölkənin dövlət və hökumət başçılarının toplantısına ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı konsensusun olmadığını desə də, bunu istisna etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!