Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə 10 il həbs cəzası

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə 10 il həbs cəzası

Kriminal

03 Aprel 2024 17:47 1060


Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və hökm oxunub.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, T.Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqanlara təqdimat göndəriləcək. pizza mizza

Qeyd edək ki, prokuror sabiq rəisə 11 il həbs cəzası istəmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!