Naxçıvanda 49 yaşlı kişi qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirildi

Kriminal

29 Yanvar 2025 18:12 248


Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yanvarın 28-də Babək rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. pizza

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!