Naxçıvanda çətənə bitkiləri yetişdirən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda çətənə bitkiləri yetişdirən şəxs tutuldu

Kriminal

05 Aprel 2024 19:40 1430


Naxçıvan polisi tərəfindən keçirilən “Xaş-xaş 2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Rafiq Quliyev Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Marqarita pizza

Naxçıvan şəhəri ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!