Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi

Siyasət

15 Sentyabr 2023 22:27 618


Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

Yenisabah.az xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxışlar zamanı müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunun dünyanın hər zaman inkişafda olan müzəffər orduları sırasında dayandığı vurğulanıb, 44 günlük Vətən müharibəsi ilə tariximizə Zəfər Gününü yazan ordumuzun şəxsi heyətinin daim yüksək döyüş hazırlığına malik olduğu qeyd edilib. pizza sifarişi

Sonra hərbi qulluqçulara müxtəlif medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Sonda şəxsi heyətin tirbuna önündən təntənəli keçidi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!