Nazarbayev xəstəxanadan evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayev xəstəxanadan evə buraxıldı

Dünya

24 Yanvar 2023 10:50 624


Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində planlı ürək əməliyyatından sonra evə buraxılıb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə tibb müəssisəsi məlumat yayıb.

O, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb. pizza

Xatırladaq ki, sabiq prezidentin mətbuat katibi Aydos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlamışdı.

Qeyd edək ki, Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxstanın prezidenti olub. 2019-cu ilin martında öz istəyi ilə tutduğu postdan istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!