Nazim Quliyev yenidən həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Nazim Quliyev yenidən həbs olundu

Kriminal

26 Aprel 2024 17:20 1238


Özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyev həbs edilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.

N. Quliyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. pizza hut

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra, 2020-ci ildə azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!