İran Amerika hökumətinə mühüm mesaj göndərib.
Yenisabah.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Nazir X sosial şəbəkəsində yazıb ki, Dəməşqdəki konsulluğa İsrailin hücumundan sonra ABŞ-ın İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrə səfiri XİN-ə çağırılıb. pizza mizza
O əlavə edib: "Bu çağırılma zamanı terror hücumunun ölçüləri və İsrail rejiminin cinayəti izah edilib və buna görə ABŞ hökumətinin məsuliyyət daşıdığı vurğulanıb".
Xarici işlər naziri bildirib: "Sionist rejimin himayədarı kimi Amerika hökumətinə mühüm mesaj göndərilib. Amerika məsuliyyət daşımalıdır!"
Telegram kanalımız