Nazir keçmiş direktoruna yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir keçmiş direktoruna yüksək vəzifə verdi

Sosial

10 Avqust 2024 13:53 4701


Kənad Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Qaynarinfo-nun verdiyi məlumata görə, bu vəzifəyə Mehman Veysəlov gətirilib. Nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl "Modern” şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu "Modern Group"da çalışıb.

Bildirək ki, 2011-ci ildə yaradılan "Modern” Şirkətlər Qrupuna "Az-Granata" MMC, "Modenis" MMC, "Modern Hospital", "Great Motors", "Mineral Sular" MMC, "Alyans Tekstil", "Agsu Aqropark" QSC şirkətləri daxildir. Dördpendirli pizza

Xatırladaq ki, "Aqroservis" ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!