Nazir yeni səfirin etimadnaməsini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir yeni səfirin etimadnaməsini qəbul etdi

Siyasət

17 Oktyabr 2023 15:26 329


Oktyabrın 17-də xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Sonra Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının vacibliyi vurğulanıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!