İran və Rusiyanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Sergey Lavrov Cənubi Qafqazda baş verən prosesləri, əməkdaşlıq və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, habelə regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki,Əmir Abdullahian Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqlar prosesini alqışlayıb və regionda sülh və sabitliyin sabitləşdirilməsində İran İslam Respublikasının dəstəyini vurğulayıb.
Rusiya xarici işlər naziri İranı Avrasiya İqtisadi Birliyi ilə azad ticarət sazişi imzalaması münasibətilə təbrik edərək, bunu iqtisadi əlaqələrin inkişafı yolunda çox mühüm addım adlandırıb. pizza hut
Sergey Lavrov bildirib ki, Rusiya İranın ərazi bütövlüyünə səmimi və qeyd-şərtsiz hörmət edir və bu mövqe dəyişməyəcək.
O, Rəşt-Astara dəmir yolunun tikintisində iki ölkənin əməkdaşlığına işarə edib və Moskvanın bu sazişin həyata keçirilməsi üçün bütün daxili rəsmiləşdirmələri başa çatdırdığını nəzərə alaraq, ölkəsinin bu planın həyata keçirilməsini sürətləndirmək əzmində olduğunu vurğulayıb.
Telegram kanalımız