Sabiq deputat Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə KXCP sədri M. Mirəlioğlu özünün sosial şəbəkə hesabında məlumat verib.
Partiya sədri nazirlikdən müsbət cavab aldıqlarına görə bütün tərəfdarlarını təbrik edib. pizza
Qeyd edək ki, bununla da Azərbaycanda dövlət qeydiyyatına alınan partiyaların sayı 15-ə çatıb.
Telegram kanalımız