Nazirlik Əli İnsanovun partiyasını qeydə aldı 

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Əli İnsanovun partiyasını qeydə aldı 

Siyasət

05 Sentyabr 2023 12:01 488


Sabiq səhiyyə naziri Əli İnsanovun partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. 

Bu barədə Yenisabah.az-a açıqlamasında Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.

"Partiyanın rəhbər orqanları bundan sonrakı fəaliyyəti müəyyən edəcəklər. Ümumi və xalqımızın maraqlarına uyğun müvafiq qərarlar veriləcək",- o deyib. Pepperoni pizza

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Dünən iki partiya - deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası, İqbal Ağazadənin Ümid Partiyası dövlət qeydiyyatına alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!