Nərimanov ərazisindəki “sürücü özbaşınalığı“na son qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Nərimanov ərazisindəki “sürücü özbaşınalığı“na son qoyuldu

Sosial

13 Oktyabr 2024 18:30 3047


Bakının Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozma halları ilə bağlı tədbirlər görülüb. Xatırladaq ki, ərazidəki kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirdilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) "Yeni Sabah"a verilən məlumata görə, qeyd edilən ərazidə asfalt örtüyü yenidən bərpa olunub və xətlənmə işləri görülərək hərəkətin düzgün qaydada tənzimlənməsi təmin edilib.

Bundan əlavə, sözügedən küçələrin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyən sürücülər barəsində xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada qanunauyğun tədbirlər görülür. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!