Nəsimidə əməliyyatlar:  “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi...

saytların hazırlanması

Evə çatdırılma

Nəsimidə əməliyyatlar: “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi...

Kriminal

08 May 2024 17:10 1070


Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, saxlanılanların sayı 10 nəfərdir.

Bundan başqa, 5 “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi, 5 daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18,  müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən 8 şəxs saxlanılıb. Marqarita pizza

Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı 8 obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkar olunaraq götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!