Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz verdi

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz verdi

Dünya

08 Mart 2024 09:38 499


İsrail beynəlxalq ictimaiyyətin artan təzyiqlərinə baxmayaraq, Qəzza zolağının cənubu da daxil olmaqla, HƏMAS-a qarşı hərbi əməliyyatını davam etdirəcək. 

“Report” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

“Beynəlxalq təzyiq var və artır, lakin beynəlxalq təzyiq artdıqda biz birləşməli, müharibəni dayandırmaq cəhdlərinə qarşı durmalıyıq”, - Netanyahu bildirib.  Marqarita pizza

O, HƏMAS qruplaşmasının tam məhvinə nail olacağına söz verib. 

"İsrail Qəzza zolağında, o cümlədən HƏMAS-ın son qalası olan Rəfahda əməliyyatlarını davam etdirəcək", - baş nazir əlavə edib. 

Qəzza zolağında son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri külli miqdarda silah və sursat aşkar edib, həmçinin anklavın cənubundakı Xan Yunis şəhərinin bir neçə bölgəsində HƏMAS-ın bir neçə komanda məntəqəsini məhv edib. Qəzza zolağının mərkəzi hissəsində İsrail hərbçiləri HƏMAS-ın bir qrup silahlısını məhv edib. 

Artilleriya Qəzza və anklavın digər şəhərlərindəki hədəfləri də atəşə tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!