Nigeriyada ölənlərin sayı 160-a çatıb

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyada ölənlərin sayı 160-a çatıb

Dünya

26 Dekabr 2023 07:24 476


Şənbə və bazar günləri Nigeriyanın mərkəzindəki Plato əyalətinin bir neçə kəndinə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlarda ən azı 160 nəfər həlak olub. Daha 3 minə yaxın insan zorakılıq təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AFP agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nigeriya ordusunun sözçüsünə görə, insident dekabrın 24-dən 25-nə keçən gecə Plato əyalətinin Muşu kəndində baş verib. Pepperoni pizza

Qeyd edək ki, may ayından bəri Nigeriyada icmalararası toqquşmalar artıb. Qarşıdurmaların əsas səbəbi torpaq sahələri və su ehtiyatlarına çıxışla bağlı mübahisələrdir. Bəzən bu mübahisələr zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!