Nikol Paşinyan: “Dağlıq Qarabağ hökuməti”ni tanımırıq

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan: “Dağlıq Qarabağ hökuməti”ni tanımırıq

Dünya

28 Mart 2024 11:49 556


Ermənistan mühacirətdə olan heç bir “Dağlıq Qarabağ hökuməti”ni tanımır.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib.

O deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar. Dördpendirli pizza

“Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Lazım gələrsə, müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”.

N.Paşinyanın sözlərinə görə, belə acıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şaxramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibə verib. O deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!