“Niyə Azərbaycan buna imkan verir?!”   - Ermənistanın planı nədir?

saytların hazırlanması

Evə çatdırılma

“Niyə Azərbaycan buna imkan verir?!” - Ermənistanın planı nədir?

Siyasət

19 Avqust 2021 19:21 5945


Ermənistan silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Edvard Asryan Ermənistan silahlı qüvvələrinin bölmələrinin Şuşa yaxınlığından çıxmadığını qeyd edib. Göründüyü kimi, indiyə qədər qeyd edilirdi ki, Qarabağda etnik ermənilərin yaşadığı ərazidə qondrama "müdafiə ordusu" var. Ermənistanın silahlı qüvvələri Qarabağda yoxdur. Amma, həm Ermənistan silahlı qüvvələrinin nizamı ordusunun bölmələri və qondarma qurmun silahlı birləşmələri ilə eyni mövqedə dayanıblar.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O bildirib ki, demək, Şuşa yaxınlığında Azərbaycan bölmələrini intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələridir: Marqarita pizza

"Ermənistan Azərbaycan ərazisinə Laçın Dəhlizi vasitəsilə hərbi qüvvələrini yerləşdirir. Əgər, burada Ermənistan silahlı qüvvələri varsa, ağır artilleriya, tanklar və digər hücum silahlarıda olacaq.Rusiya sülhməramlı qüvvələri Ermənistan ordusunu bu ərazilərdən çıxarmırsa, Azərbaycan hərbi əməliyyatlar keçirməlidir. Qarabağ Azərbaycanın qanuni ərazisidir və Ermənistanın Azərbaycan ərazisində silahlı qüvvələri nə gəzir? Ermənistanın planı nədir? Niyə Azərbaycan buna imkan verir?!

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə Azərbaycan Ermənistana vaxt verməlidir. Əgər, bu vaxt yerinə yetirilməsə, onlara qarşı ciddi zərbələr vurmalıdır. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazisində dislokasiya edilibsə, döyüş postlarındadırsa, Azərbaycanın postlarına hücum edəcəyi mümkündür. Ona görə də bunun qarşısı mütləq alınmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!