“Niyə soruşmurlar ki, Zeynal Usubov bu qədər pulu hardan əldə edib?” - Elariz

saytların hazırlanması

Evə çatdırılma

“Niyə soruşmurlar ki, Zeynal Usubov bu qədər pulu hardan əldə edib?” - Elariz

Kriminal

12 Yanvar 2025 09:44 6989


Bakıda 33 yaşlı birjaçı Alışan Nizaminin 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edildiyi barədə məlumat vermişdik. Məlumata görə o, Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Alişan Nizami Amerika Birləşmiş Ştatlarında yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

“Yeni Sabah” xəbər verir ki, Globalinfo.az-a danışan Elariz Məmmədoğlu xəbəri saytdan oxuduğunu bildirib.

O, incəsənət adamı olduğunu qeyd edib: Sezar pizza

“Çox qəribədir, niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu hardan əldə edib? Şər və böhtan atmaq asan bir işdir indiki vaxtda. Heç kim vicdan əzabı çəkmir. Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm”.

E.Məmmədoğlu belə halların ondan gizlədildiyini deyib:

“Bilmirəm, mən yaradıcı insan, incəsənət adamı olduğum üçün belə şeyləri məndən gizlədirlər. Yalnız sizdən öyrəndim”.

Xatırladaq ki, Alişan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. O, əvvəllər AzTV-də işləyib. A.Nizaminin atası Akif Alışanov polis polkovniki rütbəsi ilə yüksək vəzifələrdə çalışıb. O, Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu iş yeri Müdafiə Sənayesi Nazirliyində Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsi olub. Bir neçə il öncə dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!