Norveç Rusiya hakimiyyətinə qarşı dəniz yolu ilə neft idxalına qadağa və digər tədbirləri əhatə edən növbəti sanksiyalar paketi tətbiq edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə krallıq hökumətinin bəyanatında deyilir.
“Biz hökumətə və elitaya təzyiqi saxlamaq üçün Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini dəstəkləyirik. Rusiyadan Norveçə dəniz yolu ilə neft idxalına qadağa qoyuruq”, - deyə xarici işlər naziri Anniken Hevittfeld bildirib. Marqarita pizza
Rusiyadan xam neft və digər neft məhsullarının idxalına qoyulan qadağa dərhal qüvvəyə minir, lakin xam neft üçün 2022-ci il dekabrın 5-dək, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dək keçid dövrləri nəzərdə tutulub.
Telegram kanalımız