Növbəti prezident Putinin “oxşarı” olmalıdır - Peskov

saytların hazırlanması

Evə çatdırılma

Növbəti prezident Putinin “oxşarı” olmalıdır - Peskov

Dünya

17 Noyabr 2023 11:59 860


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin yeni prezidentlik müddətinə namizəd olacağına ümid edir və onun qələbəsinə əmindir.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, onun fikrincə, növbəti dövlət başçısının Putinin əldə etdiyi hər şeyi saxlaya biləcəyini söyləmək çətindir.

“Putin namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb. Amma səmimi qəlbdən inanıram ki, o bunu edəcək. Seçkilərdə qalib gələcəyinə şübhəm yoxdur. Sonrasına isə baxarıq”, – deyə Peskov vurğulayıb. Toyuqlu pizza

Mətbuat katibi bildirib ki, Rusiyanın növbəti prezidenti Vladimir Putinlə “eyni cür” olmalıdır.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçirilməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!