Novruz Məmmədov İqtisadiyyat Nazirliyi ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov İqtisadiyyat Nazirliyi ilə bağlı qərar verdi

Siyasət

21 İyul 2019 06:25 1110


Nazirlər Kabineti "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 23 may tarixli qərarda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. 

Qərara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Kollegiyanın sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev təyin edilib. Marqarita pizza

Kollegiyanın üzvləri iqtisadiyyat nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru təyin ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!