Novxanıdakı məşhur villa şok qiymətə satıldı

saytların hazırlanması

Evə çatdırılma

Novxanıdakı məşhur villa şok qiymətə satıldı

Sosial

01 Avqust 2024 08:36 2919


Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa satılıb. 

Novxanıda yerləşən saray 6 milyon manatdan baha satılıb. Onu alan şəxs sözügedən malikanəni otel kimi istifadəyə verməyə hazırlaşır.

Qeyd edək ki, bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazini əhatə edir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə gözoxşayır. pizza hut

Xatırladaq ki, villanın əvvəlki sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini bildirmişdi.\\Titul.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!