Nyu-Yorkda Bayramov-Mirzoyan görüşü: XİN-dən  təkzib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Nyu-Yorkda Bayramov-Mirzoyan görüşü: XİN-dən təkzib gəldi

Siyasət

18 Sentyabr 2023 14:29 663


BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, C.Bayramovun proqramında belə bir görüş yoxdur. Sezar pizza

Azərbaycan XİN başçısının digər görüşlərinə gəldikdə isə A.Hacızadə bildirib ki, bu barədə görüşlər keçirildikcə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan mətbuatı Nyu-Yorkda C.Bayramov və A.Mirzoyan arasında görüşün keçirilə biləcəyinə dair məlumat yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!