“O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir” –   İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir” – İlham Əliyev

Siyasət

09 İyul 2019 19:39 1190


“Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

“Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə Prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir. Marqarita pizza

Cənab Prezident, bir daha xoş gəlmisiniz. Bu gün bizimlə olduğunuza görə təşəkkür edirəm”, – deyə dövlət başçısı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!