O zaman marşrut İrandan keçəcək - Əmirbəyov

saytların hazırlanması

Evə çatdırılma

O zaman marşrut İrandan keçəcək - Əmirbəyov

Siyasət

05 Oktyabr 2023 10:42 608


Bakı Ermənistan ərazisindən Naxçıvana (Zəngəzur dəhlizi) ekstraterritorial dəhlizin açılmasını tələb etmir, lakin İrəvanın bu hissədə hərəkətin təhlükəsizliyinə etibarlı təminat verməsini təkid edir.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O, Hudson İnstitutunda Maykl Doran və Lyuk Coffinin təşkil etdiyi müzakirə zamanı deyib: “Biz etiraf edirik ki, bu, Ermənistanın suveren ərazisidir... başqa bir məsələ onların (rəsmi İrəvan - red.) ərazidə nəqliyyatın hərəkəti təhlükəsizliyi necə təmin edəcəyidir”. Pepperoni pizza

“Biz təkid edəcəyik ki, Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün bizə etibarlı təminat verilsin”, - deyə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.

O bildirib ki, əgər Ermənistan prosesi ləngitmək istəsə, bu halda “B” planı işə düşəcək – marşrut İrandan keçəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!