Oğuz sakini ovda tanışını güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Oğuz sakini ovda tanışını güllələdi

Hadisə

02 Fevral 2023 11:52 737


Oğuzda ova gedən şəxs tanışını güllələyib.

Yenisabah.az Dİn-in mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 1-də rayonun Dəymədağlı kəndi ərazisində 1 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil Abdullayevin xəsarət alması müəyyən olunub. Pepperoni pizza

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hüseyn Cavadovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!