Oğuzda dağdan kişi meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda dağdan kişi meyiti tapıldı

Hadisə

09 May 2022 16:17 289


Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb. pizza

Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.

Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.

D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!