Ölkə ərazisində fasilələrlə yağış yağır

saytların hazırlanması

Evə çatdırılma

Ölkə ərazisində fasilələrlə yağış yağır

Sosial

21 İyul 2024 16:09 552


İyulun 21-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Gədəbəy, Culfa, Göygöl, Gəncə, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax (Sarıbaş), Oğuz, Şamaxı, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Mingəçevir, Göyçay, Sabirabad, Şirvan, Biləsuvar, Yardımlı, Lerik, Astarada şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. pizza hut

Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada arabir 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!