Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib ki, 2022-ci il aprelin 13-də səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiyanın hərbi müdaxiləsi nəticəsində 191 uşaq həlak olub.
Yenisabah.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Lyudmila Denisovanın sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya işğalı başlayandan bəri ümumilikdə 349 uşaq zərər çəkib.
Denisova qeyd edir ki, işğalçı qüvvələrin Ukrayna şəhərlərində aktiv döyüşlər aparmasından sonra ölən və yaralanan uşaqların faktiki sayını tam müəyyən etmək mümkün deyil. pizza sifarişi
Telegram kanalımız