“Ömrün daha bir səhifəsi qapanır” – Vilayət Quliyev 

saytların hazırlanması

Evə çatdırılma

“Ömrün daha bir səhifəsi qapanır” – Vilayət Quliyev 

Siyasət

10 Avqust 2021 07:58 1559


“Ömrün daha bir səhifəsi qapanır. Sabah Vətənə dönürük”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib. O, bildirib ki, həyatının az qala altıda bir hissəsi Macarıstanda keçdi:

“Bir az astagəl, çoxdanışan olsalar da, sadəliyi və səmimiliyi ilə seçilən macar insanını sevdim. Mənə çox doğma, çox yaxın göründülər.  pizza sifarişi

Siyasətçilərlə faydalı təmas qurduq. Elm adamları arasında çoxlu dostlar tapdım. Xalqlarımızı, ölkələrimizi yaxınlaşdırmaq, biri-birinə daha yaxşı tanıtmaq üçün birgə çalışdıq. 

Ailəmizin – həmişə mənə dayaq olan xanımımın, övladlarımızın – Şamillə Humayın çoxlu sevincli günlərinin ünvanı Budapeşt oldu… 

Və təəssüf ki, ürəyimizi parçalayan, dünyanı başımıza dar edən ən dəhşətli xəbəri də burada aldıq. Nə qədər ağır, iztirablı olsa da, ayaqda qalmağa və Allahın bəxş elədiyi ömrü ləyaqətlə yaşamağa çalışırıq… Amma gərək belə olmayaydı!”.

Qeyd edək ki, V. Quliyev prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!