“Azərbaycan 44 gündə bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra etdi”.
“Yeni Sabah” xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor deyib ki, tarixi ədalətin bərpası istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dominos pizza
İşğalçı Ermənistana və havadarlarına keçilən tarix və hüquq dərsləri Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində Qələbəsinin təqdimatı oldu.
26 iyun-Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi bəyanatlar da bugünədək ən yüksək tribunalardan bəyan edilən, heç bir zaman dəyişməyən mövqeyimizin, ölkə Prezidentinin sərkərdəlik, liderlik məharətinin nümayişidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana yeni dövrün reallıqlarına uyğun olaraq yeni şərtlərini ünvanladı: Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir.
Baş redaktor qeyd edib ki, İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi zamanı informasiya mübarizəsinin əsas tərkib hissəsi olan xarici mətbuata çoxsaylı müsahibələrində də Almaniyanın ARD televiziya kanalının jurnalistinin qərəz dolu suallarını cavablandırarkən bəyan etmişdir ki, Dağlıq Qarabağ ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Azərbaycan ədaləti bərpa edir və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.
İkinci Qarabağ müharibəsində zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə, xüsusilə hərbi sahədə böyük inkişaf qaçılmazdır. İmzalanan sənədlər, keçirilən təlimlər də bunun təsdiqdir. Ermənistan yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsə, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etməsi mümkünsüzdür. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.
Telegram kanalımız