“Onlara baş qoşmamaq lazımdır” – İlqar Altay

saytların hazırlanması

Evə çatdırılma

“Onlara baş qoşmamaq lazımdır” – İlqar Altay

Sosial

12 Mart 2021 09:02 1113


“Feminizmi bəyənmirəm, diqqətə də almıram. İnsan, xüsusilə də kişi cinsi gərək həyatda hər şeyə, hər hadisəyə hazır olsun. Gördüyü, rast gəldiyi istənilən fərqli, əcaib təzahürü tam adiliyə çevirsin şüurunda və heyrətli qalmasın, hissini, ruhunu, emosiyasını ona oğurlatmasın”. 

“Yeni Sabah” xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay deyib. O, bildirib ki, 7 milyardın içində hər cür insan olur, biri səy, biri ağıllı, biri tam örtülü, o birisi isə tam lüt: “İnsan yaranışı milyard genetik kombinasiyanın bir nəticəsidir, hər cürdür, bəyənmirsən, baxma”. 

Onun sözlərinə görə, güclü kişi feminizmdən elə də qıcıqlanmamalıdır: “Qadındır, fərddir, birisi kişi liderliyində görür azadlığını, digəri isə özü öz liderliyində. Dünya rəngarəngdir. Birisi elədir, digəri belə. Kişi də bir fərddir, ona xoş gələni qəbul etsin, gəlməyəni xoşluqla kəssin, atsın fikrindən, yaxud, həyatından, məcbur deyil ki!  pizza sifarişi

Feminizm, əslində zəif insanların ekstra hiss, hərəkətlə özünütəsdiq yığınıdır. Sənsə ən azı normal psixoloji dayanıqlı gücdəsənsə və öz yaxın, doğmalarının da həmin mühit təsirinə düşməmə güvənliyindəsənsə, onlarla nə işin? Feminizm ictimai cərəyanlardan biridir və baş qoşduqca şiddəti artır. 

İlk əvvəl, sadəcə qadın azadlığı və ictimai bərabərliyi, özünü müdafiə birliyi kimi yaranıb. Sonralar həmin azadlıq, bərabərlik baş tutanda feminizm öz mənasını itirdikcə formatını dəyişib. Və artıq kişilərdən müdafiədən, kişilərə qarşı aqressiya köklənib. Və ya psixoloji addiction təsir məkanı, normal cəmiyyətdən bezib, fərqli mühit bulma, yaxud da fərqlənmə, diqqət cəlb etmə və s. toplum tipinə çevrilib, ilkin formatdan deqradasiyaya uğramaqla”.

İlqar Altay hesab edir ki, feminizmin Bakıdakı forması əsasən insanların, cəmiyyətin diqqətini cəlb etmə tiplidir: “Bunun da ən yaxşı cavabı: diqqət yetirməmək! Diqqət üçün yaranan, diqqətsizlikdə sönür - ölür. İstənilən formazona nəzər yetirmə, tez düzəlir. Bir vaxt, 70-ci illərdə Bakıda “xippi”lər cərəyanı vardı, saçı uzun, fərqli yeriş, geyim və davranış. Əvvəl insanlar qıcıqlandı və adiləşdi, itdi getdi. Əsas məsələ budur ki, mənasız, ruh pozucu dartışmalar səviyyəsinə enməmək lazımdır, xüsusilə də, istənilən zərif bəndə ilə qüvvətli cinsin borcudur, güzəştlilik. Məncə, əsil güclü kişi, ən xoşa gəlməyən qadına belə, zərif və kövrək cins kimi heç olmasa, baş qoşmamaq dərəcə hörmətlə yanaşmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!