“Onların qorxusu aradan qaldırılıb...” – Rəsul Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Onların qorxusu aradan qaldırılıb...” – Rəsul Quliyev

Siyasət

03 İyul 2021 10:47 12625


“Torpaqların işğalçılardan azad edilməsi və postvətən müharibəsindən sonra aparılan strateji siyasət Azərbaycanın qarşısında geniş imkanlar açıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Azərbaycanın heç bir hərbi kömək olmadan torpaqlarını azad etməsi beynəlxalq aləmdə ölkəyə tamamilə yeni status verib.

“Azərbaycan-Ermənistan müharibəsində Türkiyə tərəfindən mənəvi dəstək, Rusiya tərəfindən müharibə prosesinə qoşulmamaq olub, vəssəlam. Azərbaycan Qafqazın bir nömrəli hərbi gücü olduğunu dünyaya göstərə bildi.

Son 30 ildə hər zaman Azərbaycan-Ermənistan müharibəsinin başlamasından ehtiyyat edən xarici investorların qorxusu aradan qaldırılıb, onlar məmuniyyətlə Azərbaycanda bütün sektorlara vəsait qoymağa hazırdılar.  Azərbaycan (Türkiyə,İtaliya, İspaniya investiyaları vasitəsilə) turizmini Lənkərandan tutmuş Qusar dağlarına qədər 5-10 dəfə artıra bilər. İsrail və Türkiyə vasitəsilə aqrar sektoru bir neçə dəfə artırar və eksportunu bir neçə dəfə artırar.

BB-nın investisiyası ilə toxuculuq, trikotaj sənayesini dünya səviyyəsinə qaldırar və sair. Bu gün Azərbaycanda belə bir şərait yaranıb. Nəticədə əhalinin həyat səviyyəsi hər il ən azı 10-15 faiz yüksələr”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!