“Onunla çox diqqətli olmalısan, çünki...” - Putin Bayden haqda danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Onunla çox diqqətli olmalısan, çünki...” - Putin Bayden haqda danışdı

Siyasət

17 İyun 2021 23:47 1415


“ABŞ Prezidenti Co Bayden şən görünür”.

Yenisabah.az xəbər verir ki, bunu amerikalı həmkarı ilə görüşdən sonra açıqlama verən Rusiya Prezidenti Vladimir Putin deyib.

O, Amerika liderini belə bir cümlə ilə xarakterizə edərək, iki saat yarım danışdıqlarını qeyd edib: Sezar pizza

“Şən görünür, onunla iki, bəlkə də daha çox saat üz-üzə danışdıq. Vaxtaşırı qeydlərimə baxırdım - hamımız bunu edirik”.

Rusiya lideri Ağ Ev rəhbərinin mütəxəssis olduğunu vurğulayıb:

“Bayden peşəkardır və heç nəyi nəzərdən qaçırmamaq üçün onunla çox diqqətlə çalışmalısan. Özü də heç nəyi nəzərdən qaçırmır, sizi inandırıram”.

Dövlət başçısı onu da qeyd edib ki, KİV-lərdə təsvir olunan ABŞ prezidenti imicinin reallıqla heç bir əlaqəsi yoxdur: “Demək istəyirəm ki, bizim və hətta Amerika mətbuatının canlandırdığı Prezident Bayden obrazının reallıqla heç bir əlaqəsi yoxdur”.

Rusiya və Amerika prezidentləri arasında görüş iyunun 16-da Cenevrədə baş tutub./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!