Ordumuz S-300 sistemlərini işə saldı - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz S-300 sistemlərini işə saldı - VİDEO 

Sosial

17 Avqust 2024 11:08 632


Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. 

Yenisabah.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər. 

Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib.  pizza sifarişi

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!