Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğundan məlumat yayıb.
Qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Toyuqlu pizza
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Telegram kanalımız