Orta məktəbdə mobil telefondan istifadə qadağan olunur

saytların hazırlanması

Evə çatdırılma

Orta məktəbdə mobil telefondan istifadə qadağan olunur

Dünya

19 Dekabr 2023 14:50 595


Rusiya prezidenti Vladimir Putin məktəblilərin dərs zamanı şəxsi mobil telefondan istifadəsini qadağan edən qanunu imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə rəsmi hüquqi informasiya portalı məlumat yayıb.

Sənədə əsasən, telefonlardan yalnız təhsil alanların və ya təhsil təşkilatının işçilərinin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə oluna bilər. Sezar pizza

Dövlət Dumasının Təhsil Komitəsinin rəhbəri Olqa Kazakovanın bir qədər əvvəl qeyd etdiyi kimi, zərurət yaranarsa, məktəb cihazlarından şəxsi deyil, təhsil məqsədləri üçün istifadə olunacaq.

Onun sözlərinəgörə, qanun təhsil fəaliyyətləri xaricində, məsələn, fasilələr zamanı telefonlardan istifadəni məhdudlaşdırmır.

Bundan əlavə, qanunla ibtidai və orta məktəblərdə məcburi əmək (texnologiya) dərsi tətbiq edilir.

Qanunun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minməsi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!