Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə itinadla xəbər verir ki, bu, 1991-ci il təvəllüdlü Behzad Səmədovdur.
O, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft.az", “Tapanca_Airsoft-Avtomat” və “Straykball_44” adlı səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Dominos pizza
Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.
Telegram kanalımız