Özbəkistan vətəndaşı Türkiyəyə təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistan vətəndaşı Türkiyəyə təhvil verildi

Dünya

15 Mart 2024 16:07 646


Türkiyədə qətl törətdiyinə görə axtarışda olan Özbəkistan vətəndaşı Rusiyadan ekstradisiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Özbəkistan vətəndaşı Xasanjon Aminov Türkiyə hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib. O, qəsdən adam öldürmə ittihamı ilə İnterpol xətti ilə axtarışda idi. pizza mizza

Türkiyə hüquq-mühafizə orqanlarının məlumatına görə, Aminov 2019-cu ilin iyul ayında İstanbulda otelin işçisi olmaqla, şəriki ilə birlikdə otel sahibini qətlə yetirib. Cinayəti törətdikdən sonra müttəhim qaçaraq Türkiyəni tərk edə bilib.

2023-cü ilin iyulunda təqsirləndirilən şəxs Kazanda saxlanılıb. 2023-cü ilin dekabrında Rusiya Federasiyasının Baş Prokurorluğu Türkiyə tərəfinin axtarışda olan şəxsin ekstradisiyası ilə bağlı vəsatətini təmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!