Külli miqdarda mənimsəmədə təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edib.
O, təqsirləndirilən şəxsin 8 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. Toyuqlu pizza
Daha sonra məhkəmədə hökm oxunub. Təqsirləndirilən Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
N.Məmmədov sahibkar Oruc Quliyevə 69 min 800 manat ziyan vurmaqda ittiham olunur. İttihama görə, Nicat Məmmədov sahibkarın etibarından istifadə edib pullarını mənimsəyib və "TikTok"da ayrı-ayrı fenomenlərə qiymətli hədiyyələr göndərib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə)maddəsi ilə ittiham irəli sürülüb.
Telegram kanalımız